Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 09:10

Azərbaycan Ali Hərbi Məktəbinin keçmiş rəisi həbs edilib


Foto arxiv
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, polkovnik Mirzəli Yusifov rüşvət almaqda ittiham olunur və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Mirzəli Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub.Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən Mirzəli Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib.

Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra M. Yusifov işdən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG