Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:57

ABŞ və Rusiya Suriyada atəşkəsin mümkünlüyünü müzakirə ediblər


John Kerry və Sergei Lavrov
John Kerry və Sergei Lavrov
ABŞ və Rusiya gələn həftə İsveçrədə gözlənilən sülh danışıqları ərəfəsində Suriyada atəşkəsin mümkünlüyü yollarını müzakirə ediblər.

ABŞ Dövlət katibi John Kerri bazar ertəsi Parisdə rusiyalı həmkarı Sergei Lavrovla görüşdən sonra bunun mümkünlüyünə ümidlə yanaşdığını deyib.

Yanvarın 22-də İsveçrədə Suriya ilə bağlı növbəti sülh konfransı nəzərdə tutulub.
Söhbət ilk növbədə əsirlərin dəyişdirilməsi və hümanitar dəhlizlərin açılmasından gedir.

Lavrov həmçinin qeyd edib ki, Rusiya bu danışıqlarda İranın da iştirakını istəyir.

Kerry isə deyib ki, Tehran bu danışıqlarda iştirak etmək üçün Suriyada keçid hökuməti yaradılması ilə razılaşmalıdır.
XS
SM
MD
LG