Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 19:10
-
Yanvarın 13-dən Bakıda avtobuslarda da gediş haqlarının kartla ödənişinə başlanıb.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzadlıqRadiosuna bildirib ki, hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur:

«İlkin mərhələdə iki marşrut üzrə –10 və 95 saylı avtobuslar seçilib. Amma fevralın axırınadək 36 marşrut kart sisteminə keçəcək. Bu da təxminən 650 avtobus deməkdir».

Namiq Həsənovun dediyinə görə, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat balansa yüklənir:

«1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır».

«MasterCard» bazasında hazırlanan bu kartları «Bank of Azerbaijan» buraxıb.

Namiq Həsənov təxminən 450 min kartın hazırlandığını bildirir. Kartları Bakıda fəaliyyət göstərən köşklərdən, eləcə də «Bank of Azerbaijan»ın filiallarından əldə etmək olar.

Kartın balansını köşklərdə, eləcə də xüsusi loqotipli satış nöqtələrində artırmaq mümkündür.

Mətbuat katibinin sözlərinə görə, artıq 1000 avtobusda ayrıca qurğular quraşdırılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG