Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 06:50

İlham Əliyev İsrail prezidenti Shimon Peresə başsağlığı verib


Ariel Sharon
-
Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Shimon Peresə başsağlığı verib.
Məlumatı AzərTAc yayıb.
Ariel Şaronun vəfatı ilə bağlı göndərilən başsağlığında deyilir:
“Hörmətli cənab Prezident!
İsrail Dövlətinin keçmiş baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Sharonun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

İsrailin 8 il komada olan keçmiş baş naziri Ariel Sharon yanvarın 11-də 85 yaşında ölüb.
Son günlər onun vəziyyəti pisləşmişdi.
Ariel Sharon 2006-cı ilin yanvarında insult keçirib, daha sonra komaya düşüb. O vaxtdan sabiq baş nazir süni nəfəs aparatına qoşulmuşdu.
A.Sharon 2001-ci ildən 2006-cı ilə qədər İsrail hökumətinə başçılıq edib.
2005-ci ildə o, Qəzza zolağından yəhudi yaşayış məntəqələrinin köçürülməsi barədə sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG