Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:39

Ruhi xəstəxanadan qaçan sonuncu iki nəfər saxlanıb


-
Ötən ilin noyabrında Maştağadakı Ruhi Psixiatriya Xəstəxanasından qaçan sonuncu iki nəfər tutulub.

apa-nın Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, hər iki şəxs Yeni Günəşli qəsəbəsi ərazisində saxlanıb.

Qaçanların ikisi bir müddət əvvəl saxlanmışdı.

Ruhi xəstəxanaya gətirilməmişdən əvvəl həmin 4 nəfər oğurluq, dələduzluq, quldurluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham olunurdu.

Onların xəstəxana əməkdaşlarına dəmir parçası hədə-qorxu gələrək qapını qıraraq qaçdıqları bildirilirdi.

Həmin gün xəstəxanada xidmətdə olan 36 yaşlı polis əməkdaşı özünü binadan ataraq intihar edib.
XS
SM
MD
LG