Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:35

Ermənistanın millətçi lideri həbsdə aclığını dayandırıb


Arxiv fotosu. Ermənistan müxalifəti liderlərindən biri Shant Harutiunian polis mühafizəsinə alınır. Noyanr 2013
Ermənistanın millətçi Tsegakron partiyasının lideri Shant Harutiunian 17 gündən sonra aclığını dayandırıb. Bunu onun vəkili bildirib. İnessa Petrossian deyib ki, Harutiunian həbsxananın xəstəxanasına köçürülüb.

Millətçi lider dekabrda başladığı aclıq aksiyası ilə yaxınlarını onun yanına buraxmamalarına etiraz edirdi.

Bu qadağan indiyə kimi götürülməyib.

Harutiunian noyabrda həbs olunub. O vaxt millətçilər prezident ofisi qarşısına yürüş edəndə polislə toqquşma olmuşdu. Harutiunian polisə qarşı zorakılığa görə 10 il həbs cəzası alıb.
XS
SM
MD
LG