Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:28

Məleykə Əsədova «Aypara və ulduz» ordeni aldı


-
Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova «AYPARA və ULDUZ» ordeni ilə təltif olunub.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, Xalq artisti Məleykə Əsədova mədəniyyətlərarası münasibətlərin qurulmasına, milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş ictimai fəaliyyətinə, YAP üzvü kimi Azərbaycanda və ölkənin hüdudlarından kənarda keçirilən ictimai tədbirlərdə fəal iştirakına görə İnsan Hüquqları Müdafiəsi üzrə Beynəlxalq Komitənin təsis etdiyi «AYPARA və ULDUZ» ordeni ilə təltif olunub.

İnsan Hüquqları Müdafiəsi üzrə Beynəlxalq Komitə Fransada yerləşir.
XS
SM
MD
LG