Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 15:12

Xaçmazda zəlzələ olub


-
Yanvarın 10-da Xaçmaz rayonunda zəlzələ baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yerli sakinlər saat 04:45 radələrində yeraltı təkan hiss ediblər. Təşvişə düşən sakinlərin bir çoxu evlərini tərk edərək həyətə çıxıb.

Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, dağıntı barədə məlumat daxil olmayıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələ barədə məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 10-da saat 04.45-də Qubadan 83 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

61 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.00 olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG