Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Məşhur basketbolçu CNN-də söyüş söydü - Video


Dennis Rodman
Dennis Rodman
-

Amerika basketbolunun sabiq ulduzlarından olan Dennis Rodman CNN-ə müsahibə verərkən özündən çıxıb və söyüş söyüb.


Onu qəzəbləndirənsə CNN-in müxbirinin verdiyi suallar olub.

52 yaşlı Rodman müsahibəni Şimali Koreyadan verib, yanında da digər sabiq basketbol ulduzları olub. Onlar Şimali Koreyaya gedərək yerli komanda ilə yoldaşlıq görüşü keçiriblər.

Bu oyun Şimali Koreyanın qəddar diktatoru Kim Jong Un-un ad günündə baş tutub.

Rodman hətta onu “Happy Birthday” mahnısı oxuyaraq təbrik edib. (ardı aşağıda)

Təbrikin videosu

Rodman ilk dəfə deyil ki, Şimali Koreyaya gedir və Kim Jong Un-u “ən yaxın dostum” adlandırır. Bütün bunlar Amerika ictimaiyyətində qıcıq doğurur.

Bəziləri iddia edirlər ki, o, qəddar əməllərini ört-basdır etmək, özünü dünyaya müsbət obrazda təqdim etmək istəyən diktatorun əlində alətə çevrilib.

Şimali Koreya dəfələrlə Amerika və Cənubi Koreyanı nüvə hücumu ilə hədələyib.

Üstəlik də hazırda Kenneth Bae adlı amerikalı turist Şimali Koreyada həbsdədir.

Rodman CNN-ə müsahibəsində elə danışıb ki, sanki Bae qanunu pozub.

Müxbir isə Rodmanın yadına salıb ki, Bae-nin hətta nə üstündə tutulduğu da açıqlanmırsa, o belə sözləri necə dilə gətirə bilər.

Rodman və həmkarları müxbiri onları siyasətə qatmamağa çağırsalar da, məqsədlərinin yalnız idmanla bağlı olduğunu desələr də, müxbir onlardan davamlı olaraq soruşub ki, əgər imkanları olsa, Bae-nin taleyi ilə maraqlanarlarmı? (ardı aşağıda)

Müsahibənin qalmaqallı hissəsi

CNN-dəki qalmaqaldan sonra Amerikanın məşhur komediya şouları da Rodmanı satira atəşinə tutublar.

O, yanvarın 8-də üzrxahlıq açıqlaması yayıb. Həm Bae-nin ailəsindən, həm müxbirdən üzr istəyib, müsahibə zamanı içkili olduğunu bildirib.

Rodmanın bildirdiyinə görə, müsahibədən əvvəl emosional sarsıntı keçirib, çünki psixoloji basqılar altında olan bəzi həmkarları Şimali Koreyanı tərk eləməyə başlayıbmış. Onun basketbol diplomatiyası iflasa uğramaq həddinə çatıbmış...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG