Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:52

İraqın baş naziri Nuri Al Maliki yaraqlıları təslim olmağa çağırıb


 Nuri al-Maliki

Nuri al-Maliki

İraqın baş naziri Nuri Al Maliki bir daha Anbar əyalətində əl qaidə ilə əlbir olan yaraqlıları təslim olmağa çağırıb.O televiziya ilə çıxışında silahı yerə qoyan yaraqlılara amnistiya veriləcəyini vəd edib.

Amma baş nazir eyni zamanda hökumətin radikal İraq İslam Dövləti və Levante qruplarını məhv edəcəyini bildirib.

Məlumatlara görə hərbçilər bir hissəsi yaraqlılar tərəfindən zəbt edilmiş Fəllucə şəhərinə hücuma hazırlaşırlar.Maliki bildirib ki, yerli qəbilə üzvləri yaraqlıları şəhərdən çıxarsalar hücum olmayacaq.

Azadlıq Radiosunun İraq xidməti əyalətin paytaxtı Ramadidə məktəb və müəssisələrin açıq olduğunu xəbər verir. Bu şəhərin də bir hissəsi yaraqlıların nəzarətindədir.
XS
SM
MD
LG