Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 12:09

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir


Elmar Məmmədyarov və Edward Nalbandian
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir.İnterfaksın məlumatına görə, Elmar Məmmədyarovla Edvard Nalbandyan yanvarın ikinci yarısında Parisdə görüşəcəklər.

Ermənistan xarici işlər nazirliyinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri ötən il noyabrın 19-da Vyanada keçirilən son görüşdə sülh danışıqlarını davam etdirmək razılığına gəliblər.
XS
SM
MD
LG