Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:38

Böyük Britaniyada qəza, 4 Amerika hərbçisi həlak olub


-
Böyük Britaniyanın şərqində baş verən vertolyot qəzasında dörd Amerika hərbçisi həlak olub.

Associated Press-in məlumatına görə, hadisə təlim uçuşları zamanı baş verib.

The Guardian-ın yazdığına görə, vertolyot ABŞ Hərbi Hava Qüvvələrinin Leykenhetdəki 48-ci aviasiya polkundan havaya qalxıb.

Bu Amerikanın Avropada əsas hərbi birləşmələrindən biri hesab edilir.

Hələlik qəzanın səbəbləri barədə məlumat verilmir.
XS
SM
MD
LG