Bu tarix görkəmli ziyalı Həsən bəy Zərdabinin 1872-ci ildə yaratdığı “Müsəlman Xeyriyyə Cəmiyyəti”ndən başlanır.
Tarixçi alim Nəsiman Yaqublu “Azərbaycanın ilk qeyri-hökumət təşkilatları” kitabını nəşr etdirib.
Kitabda “Nəşri-Maarif”, “Nicat”, “Səadət” və digər cəmiyyətlərin də tarixi araşdırılır.
Oxucular bu kitab vasitəsi ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şuşada, İrəvanda (indiki Yerevanda), Şəkidə yaradılmış xeyriyyə cəmiyyətləri haqqında geniş məlumat əldə edə bilərlər.
Eləcə də həmin təşkilatların fəaliyyətinə dəstək vermiş tanınmış iş adamları haqda:
H.Z.Tağıyev, M.Muxtarov, Ş,Əsədullayev, M.Nagıyev, İ.Hacıncki...
Kitab Prezident yanında Qeyri-Hökumıt Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çap edilib.