Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:42

Azərbaycan voleybol üzrə Dünya Çempionatına vəsiqə qazanıb


-
Azərbaycan uzun fasilədən sonra yenidən voleybol üzrə Dünya Çempionatına vəsiqə qazanıb.

Bakıda təşkil edilən mundialın sonuncu təsnifatında J qrupunun mübarizəsində Azərbaycanın qadınlardan ibarət yığma komandası hamıdan güclü olub. İsrail və Estoniyanı məğlub edən Azərbaycan voleybolçuları Serbiya yığmasını da məğlub edib.
Yanvarın 5-də Voleybol Mərkəzində baş tutmuş qrupun əsas qarşılaşmasında 5 setlik gərgin mübarizədən sonra Faiq Qarayevin yetirmələri meydandan 3:2 hesabı ilə qalib ayrılıblar.

Bununla da Azərbaycan millisi Dünya Çempionatına vəsiqə qazanıb. Dünya çempionatı 2014-cü ildə sentyabrın 23-dən oktyabrın 12-ə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG