Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:03

Telefon danışıqlarını daha 3 ay dinləyəcəklər


-
ABŞ xüsusi xidmət orqanları vətəndaşların telefon danışıqlarını daha 3 ay dinləyə biləcəklər. Belə bir qərar yanvarın 3-də keçirilən xüsusi məhkəmədə qəbul edilib.

Telefon danışıqlarının dinlənməsini Amerika Milli Təhlükəsizlik Agentliyi həyata keçirir.

Belə bir proqramın mövcudluğu barədə ilk dəfə Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, Rusiyada sınacaq alan Edward Snowden məlumat vermişdi. ABŞ-da Edward Snowden-ə qarşı dövlət sirlərini oğurlama və casusluq ittihamı irəli sürülüb.

Telefon dinləmələrin müdafiəçiləri hesab edirlər ki, bu, terror hücumlarının qarşısının alınması üçün vacib amildir.

3 federal hakimdən biri bu proqramın konstitusiyaya zidd, iki hakim isə qanunauyğun olduğunu bəyan edib. Bu məsələyə ölkənin Ali Məhkəməsində baxılacağı gözlənir.
XS
SM
MD
LG