Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 18:17
-
Misirdə təhlükəsizlik qüvvələri ilə fəaliyyəti qadağan olunan «Müsəlman Qardaşları» tərəfdarları arasında baş verən toqquşmalarda azı 11 nəfər ölüb. Səhiyyə Nazirliyinin məlumatına görə, 40-dan çox adam xəsarət alıb, 120-dən çox etirazçı həbs edilib.

Ötən ilin iyulunda hərbçilərin Mohamed Morsi-ni prezidentlikdən devirməsindən sonra ölkədə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda yüzlərlə adam öldürülüb, minlərlə adam həbs edilib.

Misir hakimiyyəti ötən ilin sonlarında «Müsəlman qardaşları» təşkilatını terror təşkilatı elan edib.

Hakimiyyət yanvarın sonunda yeni konstitusiya ilə bağlı səsverməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG