Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:33

Mediaforum saytına giriş qapanıb


-
Haker hücumları Mediaforum saytını iflic edib.

Bu barədə saytdan məlumat verilib.

Mediaforum redaksiyası bildirir ki, dörd gündür sayt şiddətli haker hücumları səbəbindən fəaliyyət göstərə bilmir. Sayta giriş tam qapanıb.

Yanvarın 2-si axşam saatlarında mütəxəssislər sayta girişi bərpa etməyə müvəffəq olsalar da, az sonra sayt yenidən qapanıb.

Mediaforum-a haker hücumları ötən il dekabrın 19-dan başlayıb və ara vermir.

Hakerlər ana səhifəyə eyni anda yüz minlərlə sorğu göndərməklə serverdə süni yüklənmə yaradır və bu yolla saytın fəaliyyətini mümkünsüz edirlər.
XS
SM
MD
LG