Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:59

Çin ABŞ-ın uyğurları Slovakiyaya göndərməsini pisləyir


-
Çin ABŞ-ın Quantanamo Körfəzi təcridxanasında saxlanan üç uyğur məhbusun Slovakiyaya göndərməsini pisləyib. Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, Pekin həmin uyğurların repatriasiyasını istəyib, onların Çinin və onları qəbul edən ölkənin təhlükəsizliyinə hədə yaratdığını düşünür.

Birləşmiş Ştatlar bu həftənin əvvəlində bəyan edib ki, üç uyğur məhbus buraxılıb Slovakiyaya göndəriləcək. Slovakiyanın Daxili İşlər Nazirliyi transferin baş tutduğunu təsdiqləyib.

Həmin 3 uyğur 2001-ci ildə Əfqanıstanda saxlanıb.

Uyğurlar Çinin qərbində məskunlaşan müsəlman etnik qrupdur.
XS
SM
MD
LG