Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 07:36

Kerry İsrail və Fələstin liderləri ilə görüşəcək


-
ABŞ Dövlət Katibi John Kerry cümə axşamı başlayacaq danışıqlarda israillilər və fələstinlilər arasında fikir ayrılıqlarını azaltmağa ümid edir. Kerry çərşənbə günü Milad bayramından sonra ilk səfərini bu regiondan başlayıb.

Kerry-nin səfərindən əvvəl Fələstin Prezidenti Mahmud Abbas deyib ki, fələstinlilər İsrailin qəsəbə planlarına qarşı diplomatik və hüquqi addım ata bilərlər.

Abbas Ramallah-da bildirib ki, bu bəyanatlar İsrail tərəfinin danışıqlarda ciddi olmamasını göstərir və ikitərəfli sülh sazişi cəhdlərinə zərbə vurur.

İyulda danışıqlar başlayandan, İsrail İordan çayının qərb sahilində yeni yaşayış məskənlərinin salınmasını elan edib.
XS
SM
MD
LG