Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

Cəmil Həsənli: «Xalqımız Həmrəylik Gününü bu ovqatda qeyd etməli deyil»


-
Milli Şuranın sədri Cəmil Həsənli Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti xalqa müraciət edib.

O, müraciətində Qarabağ döyüşçüsünün intiharına toxunub:

«Qarabağ döyüşçüsünün üzləşdiyi haqsızlıqlara etiraz edərək özünü yandırdığı və həyatını itirdiyi günlərdə mən sizləri qarşıdan gələn bayramlar münasibətilə təbrik etməyə çətinlik çəkirəm. Bizim xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bu ovqatda qeyd etməli deyil».

Milli Şura sədri hesab edir ki, həmrəyliyi daha güclü zəmində qurmağa mane olan çoxlu ictimai və siyasi səbəblər var:

«Ölkə sərvətləri talanır, insanlar haqsız olaraq türmələrə atılır, haqsızlığa tab gətirməyənlər intihar edir, iqtisadiyyatımız inkişafdan qalır, təhsilimiz və səhiyyəmiz tənəzzülə uğrayır».

Cəmil Həsənli müraciətində bildirir ki, hər kəsi rifah içində, övladlarının taleyindən narahat olmayan həmvətənləri kimi görmək istəyir:

«Hər birinizin güvənli, sosial sığortalı bir cəmiyyətdə yaşamağınızı arzu edirəm. Ölkəmizin və xalqımızın sabahı ilə bağlı xoş arzularınızla həmrəyəm».
XS
SM
MD
LG