Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:50

Türkiyə məhkəməsi hökumətin qərarını əngəllədi


Tayyip Erdogan
Tayyip Erdogan
Türkiyə məhkəməsi polisin istintaqın gedişi barədə öz rəhbərliyinə məlumat verməsi barədə hpkumətin qərarını dayandırıb.Bu barədə Reuters agentliyi xəbər verir.Hökumətin dekabrın 21-də qəbul etdiyi yeni qərarda müstəqntiqlərin istintaq başlanmazdan əvvəl rəhbərliyə məlumat verməsi tələb olunurdu.

Qeyd edək ki, polisin dekabrın 17-də korrupsiyaya qarşı keçirdiyi reydlər zamanı 3 nazir oğlu da daxil olmaqla onlarla adam həbs edilib.Bundan sonra bir neçə nazir istefa verib və baş nazir Racep Tayyep Erdogan yeni kabinet təyin etməli olub.Nazirlərdən biri həmçinin Erdoganı istefa verməyə çağırıb.Həmçinin bir sıra deputatlar hakim partiyadan istefa veriblər.

Bu qalmaqala görə, Türkiyə lirəsi rekord həddə ucuzlaşıb.

Baş nazir Erdogan baş verənlərə görə xarici qüvvələri günahlandırır .Hökumət son olaylara görə, 70-ə yaxın polis əməkdaşını işdən azad edib.
XS
SM
MD
LG