Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:47

Mariya ilə Nadezhda Khadarkovskyni prezident kimi görmək istəyirlər


Maria Alyokhina və Nadezhda Tolokonnikova

Bu günlərdə Rusiyada amnistiyaya düşən Pussy Riot pank qrupunun üzvləri Nadezhda Tolokonnikova və Mariya Alyokhina bəyan ediblər ki, əsas məqsədləri “Hüquq zonası” adlı layihə üzərtində çalışmaqdır.

Qızlar “Dojd” televiziyasında keçirdikləri mətbuat konfransında məhbusların şikayətinə baxılmasına kömək edəcəklərini və bunun üçün konkret heç kimdən yox , cəmiyyətdən pul yığacaqlarını bildiriblər.

Onlar həmçinin bu günlərdə amnistiya ilə həbsdən azad edilən Mikhael Khadarkovsky , habelə müxalifət fəalı Leksei Navalny ilə görüşmək fikrində olduqlarını bildiriblər.Qızlar Khadarkovskyni prezident kimi görmək istədiklərini qeyd ediblər.

Pussy Riot qrupunun üzvləri Moskvadakı kilsələrdən birində keçirilən dini mərasimi pozaraq prezident Putin əleyhinə şüarlar səsləndiriblər.Onlar buna görə 2 il azadlıqdan məhrum edilmişdilər.Amma bu günlərdə amnistiya ilə azadlığa çıxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG