Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:36

Qahirədə partlayış törədilib


 Al-Mansourda partlayış
Al-Mansourda partlayış
Misirin paytaxtı Qahirədə avtobusun partladılması nəticəsində 5 nəfər yaralanıb.
Yaxınlıqda isə daha bir partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Çərşənbə axşamı Əl Mansur şəhərindəki polis məntəqəsinin yaxınlığında törədiləmn partlayışda 15 nəfər ölüb, 100-dən çox adam yaralanıb.Bu hücuma görə cavabdehliyi Əl Qaidə iləəlbir olan yerli qrup üzərinə götürüb.

Hakim dairələr bundan sonra “Müsəlman qardaşları” hərəkatını terrorçu təşkilat elan edib.

İyunun 3-də Misirdə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan islamçı prezident Muhammad Morsi bu hərəkatı təmsil edir. Hazırda Morsi və onun xeyli tərəfdarı həbsdədir.
XS
SM
MD
LG