Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 22:36

Hilal Məmmədovun şikayəti qəbul edilmədi


Hilal Məmmədov
Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədovun həbsindən verilən şikayətə baxılıb.Vəkil Xalid Bağırovun “Media forum” saytına verdiyi məlumata görə, prosesdə Hilal Məmmədov da iştirak edib: “Proses məhkəmə istintaqı aparılmadan və qapalı keçirildi. Məhkəmə hesab etdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni və əsaslıdır və onu dəyişdirmədən saxladı. Biz tələb etmişdik ki, məhkəmə açıq və istintaqla keçirilsin. Heç bir tələbimiz təmin olunmadı. Qərardan Ali Məhkəməyə şikayət verəcəyik”.

Hilal Məmmədov 2012-ci ilin iyununda həbs edilib.Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib.

Məhkəmə Hilal Məmmədovu dövlətə xəyanət, milli ayrı-seçkilik salma və narkotik ticarətində təqsirli bilib.
XS
SM
MD
LG