Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:37

Rusiyada saxlanan xarici "Greenpeace" fəalları ölkəni tərk edəcəklər


Foto arxiv
Foto arxiv
Bu günlərdə Rusiyada amnistiyaya düşən “Greenpeace” fəallarının yarıdan çoxu onlara qarşı cinayət işinin dayandırılması ilə bağlı materiallarla tanış olublar.Onlar katoliklərin Milad bayramı günü Şimal-Qərb Dairəsinin istintaq komitəsinə çağırılıb və onlara cinayət işinin dayandırılması ilə bağlı qərar təqdim edilib.Bu barədə “Grinpis” təşkilatının Rusya şöbəsinin saytında məlumat verilir.

Xarici fəallar ölkəni tərk etmək üçün Federal Miqrasiya Xidmətinə müraciət edəcəklər.

Təşkilatın 30 fəalı sentyabrın 30-da Qazprom şirkətinin dənizdəki platformasına qalxmaq istəyərkən Rusiya sərhədçiləri tərəfindən həbs edilmiş və onlara qarşı cinayət işi qaldırılmışdı.
XS
SM
MD
LG