Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Hüseyn Cavid 100 il sonra yenə İstanbula döndü-kitablarıyla…


Hüseyn Cavidin əsərlər toplusu
Hüseyn Cavidin əsərlər toplusu
-
Azərbaycan ədəbiyyatının böyük siması Hüseyn Cavidin əsərlər toplusu Türkiyə türkcəsində yeni tərtibatda işıq üzü görüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, 944 səhifəlik kitabın tərtibatçısı Hüseyn Cavid irsinin araşdırıcısı Azər Turan, redaktoru Selma Sukasdır.
Kitab İstanbulda “Küsena Yayınları” tərəfindən “Step Ajans Reklamçılık, Mətbəəçilik, Tanıtım və Organizasyon Ltd. Şti.”-də çap olunub.

Xəbərdə vurğulanır ki, kitab Pezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü, “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Mərkəzinin layihəsi çərçivəsində nəşr olunub.

Kitabda H.Cavidin 6 dram əsəri, 1906-1909-cu illərdə İstanbulda tələbə olduğu zamanlarda qələmə aldığı “Maral”, “Afət” və “Uçurum” pyesləri, şeirləri və müxtəlif illərdə çəkilmiş rəsmləri yer alıb.

Kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG