Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:21

Ukraynada azərbaycanlı iş adamı və həyat yoldaşı qətlə yetirilib


Foto arxiv
Foto arxiv
Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Vidadi Məmmədov və həyat yoldaşı Yavər Məmmədova öz evlərində qətlə yetiriliblər.

Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin sədr müavini Akif Hümbətovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 10.30 radələrində baş verib.Bir qrup silahlı adam onların evinə basqın edib.

Akif Hümbətovun sözlərinə görə, Vidadi Məmmədovun evi ona məxsus kafe-restorana bitişikdir. “Səhər övladları və onlarda yaşayan tələbə qohumları dərsə getdikdən sonra evə naməlum şəxslər tərəfindən silahlı hücum olub, ev güllə-baran edilib, Vidadi Məmmədov və həyat yoldaşı qətlə yetirilib. Ərazi milis tərəfindən mühasirəyə alınıb, araşdırma gedir. Hadisənin törədənlərin kimliyi hələlik məlum deyil. Milis əməkdaşları hadisəni törədənlərin kimliyi barədə yaxın vaxtlarda bizə məlumat verəcəklərini bildiriblər”.
XS
SM
MD
LG