Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:25

Rusiya ilkin olaraq Ukraynaya 3 milyard dollar köçürüb


Viktor Yanukovych and Vladimir Putin
Viktor Yanukovych and Vladimir Putin
Rusiya ilkin olaraq Ukraynadan 3 milyard dollarlıq qiymətli kağız alıb.Bunu Rusiyanın baş naziri Dimitry Medvedev bəyan edib.Artıq pullar bazar ertəsi Ukraynanın mərkəzi bankına köçürülüb.

Qeyd edək ki, bu günlərdə Moskvada Rusiyanın Ukraynadan 15 milyard dollarlıq qiymətli kağız alması və Ukraynaya qazın qiymətinin ucuzlaşdırılması barədə razılıq əldə olunub.

Ukrayna hökumətinin bu yaxınlarda Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Müxalifət hökumətin istefasını, vaxtındanəvvəl parlament və prezident seçkiləri keçirilməsini tələb edir.
XS
SM
MD
LG