Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 13:28

Suriyada məktəb yaxınlığında partlayış olub


-
Suriyanın Homs əyalətində məktəbin yanında partlayış törədilib. Azı altı nəfər həlak olub.
Bu haqda Suriya hakimiyyəti və fəalları bildirirlər. Ölənlər arasında uşaqların da olduğu bildirilir.
Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, partlayışda 5 uşaq, 2 fəhlə ölüb.
Agentlik partlayışa görə terrorçuların məsuliyyət daşıdığını bildirib.
Bildirilir ki, intiharçı partlayışı şiələrin yaşadığı Umm al-Amed şəhərində törədib.
Suriya müxalifəti əsasən sünnilərdən ibarətdir. Şiələrin əksəriyyəti isə münaqişədə ya neytral mövqe tutur, ya da prezident Bashar Assadi dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG