Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:19

Cenevrədə İranın nüvə proqramı müzakirə ediləcək


-
Bu həftə Cenevrədə İranın nüvə proqramı üzrə ekspertlər səviyyəsində danışıqlar keçiriləcək.
Danışıqlar yavaş-yavaş irəliləyir. Bu haqda İranın xarici işlər nazirinin müavini Abbas Aragchi məlumat verib.
İran və altı dünya dövlətlərinin (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, və Almaniya) ekspertləri noyabrın 24-də Tehranla əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə tədbirlər işləyib hazırlamağa çalışırlar.
Beynəlxalq sanksiyaların qarşılığında payızda İranın nüvə sahəsində altı ay üçün bəzi əməliyyatları dayandırmağa razılıq verməsi elan olunmuşdu.
İran hakimiyyəti ölkənin nüvə proqramının dinc xarakter daşıdığını bildirir.
XS
SM
MD
LG