Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 07:09

Keçmiş prezidentə həbsxanadan qaçma ittihamı irəli sürüldü


Muhammad Morsi
-
Keçmiş Misir prezidenti Muhammad Morsi-yə qarşı 2011-ci ildə həbsxanadan qaçma ilə bağlı yeni ittiham irəli sürülüb.

Bu işdə «Müsəlman Qardaşları»nın bir neçə lideri, həmçinin «Həmas» və «Hizbullah» radikal qruplaşmalarının üzvləri də daxil olmaqla 132 nəfərin adı keçir.

Onun «Vadi əl-Natrun» həbsxanasından qaçışı keçmiş prezident Hosni Mubarak-a qarşı davam edən xalq hərəkatı zamanı baş verib.

Morsi terrorizmi maliyyələşdirməkdə, terror hadisələrinin törədilməsi məqsədi ilə xarici qüvvələrlə danışıqlara getməkdə, hakimiyyətdə olduğu müddətdə ölüm və zorakılıqları qızışdırmaqda ittiham olunur.

Mohamed Morsi bu ilin iyulunda hərbi yolla hakimiyyətdən devrilib.
XS
SM
MD
LG