Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:36

Kərbəla ziyarətinə gedənləri atəşə tutublar


-
Dekabrın 21-də İraqın müxtəlif yerlərində 13 nəfər öldürülüb.

Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıblar.

Anbar vilayətində «əl-Qaidə»yə qarşı keçirilən reydlərdə beş hərbçi, o cümlədən ordu generalı öldürülüb.

Fəlluca şəhərində naməlum adamların avtomobildən polis məntəqəsinə açdığı atəş nəticəsində 4 polis həlak olub.

Kərkükdə hərbi kompleksə düşən minomyot mərmisi iki hərbçinin ölümünə səbəb olub.

Paytaxtın 30 kilometrliyində Lətifiyyə şəhərindən Kərbəla ziyarətinə gedən şiə zəvvarlarına atəş açılıb.

Hücumların məsuliyyətini hələ ki heç kim öz üzərinə götürməyib.

«Associated Presse»in məlumatına görə, dekabrın əvvəlindən İraqda baş verən terror hücumları nəticəsində azı 365 adam ölüb.
XS
SM
MD
LG