Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:17

Saakashvili ABŞ-da işə düzəlib


Mikheil Saakashvili
-
Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili ABŞ-ın Fletçer adına Hüquq və Diplomatiya Məktəbində işə düzəlib.

Bu barədə təhsil müəssisəsinin saytında məlumat verilib.

Qeyd olunur ki, Saakashvili Avropa dövlətçiliyi və digər beynəlxalq məsələlərlə bağlı mühazirələr oxuyacaq.

Saakashvili leksiyalar deməyə 2014-cü ilin yaz semestrindən başlayacaq. Bu işə görə keçmiş prezidentə nə qədər haqq ödəniləcəyi barədə məlumat verilmir.

Məktəbin məlumatında Saakashvili təcrübəli siyasətçi adlandırılır. Bildirilir ki, o, öz ölkəsinin tarixini dəyişməklə onu Qərbə doğru yönəldib.

Fletçer adına Hüquq və Diplomatiya Məktəbi Tafts Universitetinin qurumudur. Məktəb 1933-cü ildə yaradılıb.

Saakashvili 2004-cü ildən 2013-cü ilədək Gürcüstanın prezidenti olub.
XS
SM
MD
LG