Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:35

Xarici neft şirkətləri Meksikaya qayıdır


-
Meksika prezidenti neft sektorunda islahatları nəzərdə tutan qanun imzalayıb.

BBC-nin məlumatına görə, yeni qanun 75 illik fasilədən sonra xarici şirkətlərin ölkə bazarına dönüşünə imkan verir.

Hökumət hesab edir ki, belə bir islahat neft hasilatının enişini dayandıracaq, ölkədəki birgə müəssisələrin inkişafına səbəb olacaq.

1939-cu ildə Meksikada neft sənayesinin milliləşdirilməsi həyata keçirilib. Həmin vaxt «Pemex» şirkəti yaradılıb. Bu şirkət hazırda ölkənin büdcə gəlirlərinin 1/3-ni təşkil edir.

Son 10 ildə Meksikada neft hasilatı sutkada 800 min barel azalıb. Hazırda ölkədə sutkada 2.5 milyon barel neft çıxarılır.
XS
SM
MD
LG