Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:18

ABŞ-dan Anar Məmmədli və QHT çağırışı


Daniel Baer
Daniel Baer
-
«Məhkəmə prosesi davam etdiyi bir vaxtda biz cənab Anar Məmmədlini dərhal azad etməyə çağırırıq».

ABŞ-ın ATƏT-dəki Missiyasının rəhbəri, səfir Daniel B.Baer Vyanadakı Daimi Şuraya dekabrın 19-da təqdim etdiyi bəyanatında belə deyilir.

«İTTİHAMIN TƏFƏRRÜATLARI HƏLƏ AYDIN DEYİL»

Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar son dövrlərdə Azərbaycanda vətəndaş cəmiyyətinə təsir edən hadisələrin baş verməsindən, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsindən dərin narahatlıq keçirir.

«İttihamın təfərrüatları hələ də aydın deyil və cənab Məmmədlinin saxlanılmasının onun rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilən seçkilərin monitorinqi və hesabatlıq fəaliyyəti ilə bağlı olub-olmadığı bizdə sual doğurur. Birləşmiş Ştatlar bu məsələni Azərbaycan hökumətinin rəhbər şəxsləri qarşısında qaldırıb və bunu davam etdirəcək».

QHT-LƏRLƏ BAĞLI LAYİHƏ PARLAMENTƏ QAYTARILSIN

Səfir Daniel B.Baer qeyd edib ki, ABŞ Azərbaycan hökumətini müvafiq hüquqi prosedurlara əməl etməyə, məhkəmə prosesinin şəffaflığı və ədalətliliyini təmin etməyə çağırır:

«Biz SMDTM və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyi ilə bağlı aparılan istintaq işini yaxından izləməyə davam edəcəyik».

ABŞ-ın ATƏT-dəki Missiyası həmçinin prezident Əliyevi QHT-lər haqqında qanun layihəsini parlamentə qaytarmağa çağırır. Missiya, həmçinin, ölkə rəhbərliyini həmin qanun layihəsinin beynəlxalq standartlar və ATƏT öhdəliklərinə uyğunlaşdırılması üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna və BMT-nin sərbəst toplaşmaq və birləşmək hüquqları üzrə xüsusi məruzəçisi Maina Kiai-yə müraciət etməyə çağırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG