Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:16

Rahat Əliyev siyasi qətldə əsas şübhəli elan olundu


Qazaxıstan prezidenti Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev 2006-cı ildəki siyasi qətldə əsas şübhəli elan oilunub. Qazaxıstanın baş prokurorluğu və ABŞ-ın Qazaxıstandakı səfiri John Ordway bildiriblər ki, müxalifət lideri Altynbek Sarsenbaiulynun qətli ilə bağlı yeni istintaq başlanır, buna səbəb ABŞ-ın Federal Təhqiqat Bürosundan alınmış dəlillərdir ki, qətlə göstərişi Rahat Əliyev verib.

Müxalifət lideri və onun iki köməkçisi 2006-cı ilin fevralında Almatı yaxınlığında öldürülüb.
Qətlin istintaqı onun sifarişli olduğunu göstərirdi. Qazaxıstan parlamenti aparatının rəhbəri Erjan Otembaev bu qətlə sifariş vermək ittihamı ilə 20 il həbsə məhkum olunub.

2007-ci ildən Avropada sürgündə yaşayan Rahat Əliyev 2006-cı ildə Qazaxıstanın Milli Təhlükəsizlik Nazirinin müavini idi.
XS
SM
MD
LG