Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 09:43
-
Londonda teatrın tavanın bir hissəsinin çökməsi nəticəsində 75-dək adam xəsarət alıb. Hadisə cümə axşamı Londonun mərkəzindəki Apollo Teatrında baş verib.

Xilasedicilər 76 nəfərdən 7-nin ciddi zədələndiyini deyiblər. 51 nəfər xəstəxanaya götürülüb, qalanlarına elə teatrın səhnəsində yardım göstərilib.

112 yaşlı teatrın içində 700-dən çox tamaşaçı olub. Polis tavanın çökməsinin səbəbinin aydın olmadığını deyib. Ancaq qəsdən törədilən hərəkət ya hücumun nəticəsi ola biləcəyini də istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG