Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 19:47

Azərbaycanda ana doğuş vaxtı ölüb


-
Dekabrın 19-da Bakıda ana doğuş zamanı vəfat edib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb.

Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib.

Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, vəfat edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
XS
SM
MD
LG