Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 10:16

2014-cü ilin ehtiyac meyarı 100 manatdır


Ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunlarını imzalayıb.

2014-cü il üçün yaşayış minimumu isə ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.

Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Günün bütün mövzuları

XS
SM
MD
LG