Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 17:09

Belçıka vətəndaşlıq alınması qaydalarını sərtləşdirir


Arxiv foto
Gələn ilin yanvarından Belçika vətəndaşlığının alınması üçün müraciət edənlərin bu ölkədə minimum 5 il yaşaması və bu ölkəyə mənəvi bağlılığının isbatı tələb olunacaq.
Bundan əvvəl tələb olunan minumum müddət 3 il idi.

Məhz bu, Belçikanı kino ulduzu Gerard Depardie də daxil olmaqla Fransada ağır vergilərdən qaçan bir sıra sənətçilər üçün cazibədar edirdi.

Xəbər verilir ki, yeni qaydalara uyğun olaraq bu il təqdim olunmuş müraciətlərdən 500-ü rədd ediləcək.

Bunların arasında lüks mallar maqnatı, fransız Bernard Arnault-un da ərizəsi var.

Yeni qaydaların tətbiqi barədə xəbər Belçika vətəndaşlığı üçün əcnəbi müraciətlərinin sayını dramatik şəkildə azaldaraq 19 mindən 2500 nəfərə endirib.
.
XS
SM
MD
LG