Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:02

«Naxçıvana gələn əcnəbilərin sayı artır…»


Naxçıvan
Naxçıvan
«Şərq qapısı» - 19.12.2013

Beynəlxalq Miqrant Günü qeyd olunub

«Bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə, eləcə də muxtar respublikamıza gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu da miqrasiya proseslərinin intensivləşməsini şərtləndirib.»

Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov deyib. O, Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbirdə çıxış edib:

«Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti qarşısında mühüm vəzifələr qoyulub. Bu vəzifələr sırasında əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması da var.

Dövlət Miqrasiya Xidməti səlahiyyətləri çərçivəsində miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə ölkədəolma müddətinin uzadılması, həmçinin ölkədə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin və sığınacaq axtaran şəxslərə qaçqın statusunun verilməsi ilə məşğul olur, vətəndaşlıq məsələlərinə baxılmasında iştirak edir.

Qeyd olunub ki, muxtar respublikaya gələn əcnəbilərə və onların ailə üzvlərinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Muxtar respublika ərazisində yaşayan hər bir əcnəbi burada sərbəst surətdə hərəkət edir, təhsil alır, əmək fəaliyyəti ilə məşğul olur, qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə edir».
XS
SM
MD
LG