Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 08:35

10 ayda 6 milyard 246 milyon manat vergi yığılıb


-
2013-cü ilin on ayında vergidən büdcəyə 6 milyard 246 milyon manata yaxın vəsait daxil olub.

Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Bu məbləğin 37.9 faizi mənfəət, 24.7 faizi əlavə dəyər, 12 faizi fiziki şəxslərin gəlir vergisi, 7.5 faizi aksiz, 17.9 faizi isə digər vergilərin payına düşür.

Həmin vəsaitin 3 milyard 409 milyon manatdan çoxunun qeyri-neft sektorundan yığılan vergilər olduğun bildirilir.

2013-cü ilin dekabr ayına olan məlumata görə, qeydiyyata alınan vergi ödəyicilərinin sayı 534 minə yaxındır.
XS
SM
MD
LG