Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:12
-


Google glass elə bir eynəkdir ki, onu gözünə taxırsan və qarşına çıxanların fotosunu yalnızca gözünü qırpmaqla çəkə bilirsən.

Bu barədə Google şirkəti məlumat yayıb.

Bir müddət əvvəl düzəldilən və İnternetə qoşulan eynəyin təkmilləşdirilməsi indi ona göz qırpmaqla şəkil çəkməyə də imkan verir.

Bu texnologiya gələcəkdə başqa sahələrdə də tətbiq olunacaq. Məsələn, taksidən düşürsən və taksometrə baxıb gözünü qırpmaqla gediş haqqını ödəyirsən.

Göz qırpmaqla foto çəkmək texnologiyasının tətbiq ediləcəyi haqda söhbətlər bəzi hüquq müdafiəçilərinin narahatlığına səbəb olmuşdu.

Axı kiminsə şəklini çəkmək üçün həmin şəxsin icazəsi lazımdır.
XS
SM
MD
LG