Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:59

Avropa Birliyi Ukrayna ilə müzakirələri təxirə salır


Arxiv foto: Lvov şəhərində Avropaya inteqrasiya tərədarlarının aksiyası. 5 dekabr 2013
Arxiv foto: Lvov şəhərində Avropaya inteqrasiya tərədarlarının aksiyası. 5 dekabr 2013
Dekabrın 15-də Avropa Birliyi mrəsmiləri bildiriblər ki, Ukrayna ilə ticarət və əməkdaşlıq razılaşması imzalanmasına dair müzakirələri təxirə salır. Səbəb kimi də bu müzakirələrdə Kiyevin gətirdiyi arqumentlərin “reallığa uyğun gəlməməsi” göstərilir.

Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Stefan Fuele ötən həftə Ukraynanın Baş nazirinin Birinci müavini Serhiy Arbuzov-a bildirib ki, danışıqların gələcəyi Kiyevin bu razılaşmanı imzalayacağı barədə qəti öhdəlik götürməsindən asılıdır. Bu barədə cənab Fuele özünün Twitter hesabında yazıb.

Kiyevdə Müstəqillik Meydanında isə müxalifətin on minlərlə tərəfdarının aksiyası 20 gündən çoxdur fasiləsiz davam edir. Müxalifət prezident Viktor Yanukovych və onun hökumətini Avropa Birliyi ilə əməkdaşlıqdan imtina edərək Rusiyaya yaxınlaşmaqda ittiham edərək onların istefasını tələb edir.

Hökumət də dünən öz tərəfdarlarını Müstəqillik Meydanın yaxınlığında mitinqə toplayıb. Prezident Yanukovych-in iqtisadi və sosial sabitlik vədlərini dəstəkləmək şüarı ilə keçirilən mitinq axşam saatlarında başa çatıb.
Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti komissarı Stefan Fuele (sağda) Ukraynanın Baş nazirinin müavini Serhiy Arbuzov-la bir mətbuat konfransı, Brüssel, 12 dekabr 2013
Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti komissarı Stefan Fuele (sağda) Ukraynanın Baş nazirinin müavini Serhiy Arbuzov-la bir mətbuat konfransı, Brüssel, 12 dekabr 2013

Amma Müstəqillik Meydanında müxalifətin tələblərini dəstəkləyən on minlərlə adam aksiyanı hələ də davam etdirir. Aksiyada nazar adlı fəallardan biri deyir ki, onlar tələbləri həyata keçirilənə qədər etirazlarını davam etdirəcəklər:

- Biz əminik ki, ideyalarımızı həyata keçirəcəyik. Sona qədər burda dayanacağıq. Bu son da yalnız bizim qələbəmiz olmalıdır.

Hakimiyyət gərinliyi azaltmaq üçün noyabrın 30-da müxalifətin mitinqinə zorakı hücumda günahlandırılan 4 yüksək rütbəli rəsmini vəzifədən azad edib. Amma müxalifət bunun yetərli olmadığını bildirir, hökumətin istefası və yeni seçkilər keçirilməsində israr edir.

ABŞ senator John McCain də ötən şənbə günü Kiyevə gedərək müxalifət liderləri,
Senator John McCain Kiyevdə aksiyaçıları salamlayır. 15 dekabr 2013
Senator John McCain Kiyevdə aksiyaçıları salamlayır. 15 dekabr 2013
aksiyaçılar və rəsmilərlə görüşüb. Senator bütün tərəfləri fikir azadlığına hörmətlə yanaşmağa çağırıb. McCain həmçinin Ukraynanın hazırda həbsdə olan keçmiş baş naziri Yulia Tymoshenko-nun qızı Yevgenia ilə də görüşüb.

ABŞ bundan əvvəl də Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaqdan imtina edən prezident Yanukovych-ə qarşı etiraz aksiyalarını dəstəklədiyini bildirib.

Müxalifət Moskvanın Ukraynanın qərarlarına təsir etməməsini, ölkənin Avropaya inteqrasiya kursunun davam etməsini istədiklərini deyirlər.

Çünki qonşu Rusiya Ukraynanı özünün himayədarlıq etdiyi Gömrük ittifaqına qoşulmasına çalışır. Hazırda bu quruma Rusiya, Belorus və Qazaxıstan daxildir.
XS
SM
MD
LG