Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:25

Qəbələ RLS minalardan təmizlənəcək


Qəbələ RLS
Qəbələ RLS
-
Gələn ilin əvvəlindən Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisinin mina və partlayıcı maddələrdən təmizlənməsinə başlanacaq.

Əməliyyatı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həyata keçirəcək.

Bunu apa-ya ANAMA direktoru Nazim İsmayılov deyib:

«Hazırda stansiyanın ərazisi Daxili Qoşunların mühafizəsi altındadır. Orada əsgərlər 4 mina ilə rastlaşmışdılar. Bizim əməkdaşlar tərəfindən ordan daha 9 mina tapıldı».

2012-ci ilin dekabrında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb.

Azərbaycan Rusiyadan stansiyanın icarəsi üçün ildə 300 milyon dollar tələb edib.
XS
SM
MD
LG