Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

Azərbaycan Müəllimlərinin 14-cü qurultayında qətnamə qəbul olunub


-
Qətnamədə deyilir ki, hazırda əsas məqsəd biliklərə əsaslanan iqtisadiyyat quruculuğunda insan kapitalını önə çəkməkdir:

»«Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası» təhsilin məzmunca yeniləşdirilməsinə, milli ənənələrə, modernləşmə meyllərinə tam uyğun olan şəxsiyyət yönümlü təhsil sisteminin formalaşdırılmasına yönəlib. Aparılacaq islahatlar innovativ metodları tətbiq edən, səriştəli təhsilverənin formalaşmasına, müəllimin nüfuzunun yüksəlməsinə cavab verəcək. Dövlət-biznes əməkdaşlığına əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması Azərbaycan təhsilinin Avropa standartlarına uyğunlaşmasına kömək edəcək».

Qətnamədə bildirilir ki, təhsilin maliyyələşdirilməsinin yeni mexanizmi ilə bağlı Dövlət Strategiyasında yer alan müddəalar yeni maliyyələşmə mexanizminin yaranmasına imkan verəcək, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edəcək.
XS
SM
MD
LG