Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Akif Muradverdiyevə 4 il həbs


-
Xəzər rayon məhkəməsinin hökmü ilə prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyev dekabrın 13-də 4 il azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı ona 5 il cəza istəmişdi.

Akif Muradverdiyev 2013-cü il iyunun 20-də Moskvaya gedərkən Bakı hava limanında tutulub.

O, qaçaqmalçılıqda ittiham olunur.

Muradverdiyev ittihamı rədd edir .

Akif Muradverdiyev 2005-ci ilin oktyabrında - parlament seçkiləri qabağı də həbs edilmişdi. O, dövlət çevrilişinə hazırlıqda günahlandırılırdı.

Sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum edilib. 2008-ci ilin yanvarında isə bu şərti cəza ilə əvəzlənərək azadlığa çıxıb.
XS
SM
MD
LG