Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 00:59

Montserrat Caballé «Ermənistan və Arsax: Xristianlıq adacığı» albomunu təqdim edib


Montserrat Caballé Qarabağda
-
Məşhur opera müğənnisi Montserrat Caballé dekabrın 12-də Parisdə «Ermənistan və Arsax: Xristianlıq adacığı» albomunu təqdim edib.

REGNUM İnformasiya Agentliyinin yaydığı xəbərə görə, tanınmamış Dağlıq Qarabağ Respublikasının «prezidenti» Bako Sahakyan da təqdimat mərasiminə qatılıb.

B.Sahakyan bu albomu Dağlıq Qarabağ üçün tarixi önəmli hadisə adlandıraraq deyib ki, xanım Caballé keçmişdə xristian dəyərlərini yayanların missiyasını davam etdirir. Onun fikrincə, Montserrat Caballé yüksək sənət vasitəsilə təkcə Qarabağı dünyaya tanıtmır, həm də özünəxas üslubla bəşəriyyəti xristian dəyərlərini qorumağa səsləyir.

Tədbirdə Bütün Ermənilərin Katolikosu Garegin II, Ermənistanın İsveçrədəki və Fransadakı səfirləri, müğənni Charles Aznavour, Böyük Britaniyadan baronessa Caroline Cox, Fransa parlamentinin deputatları və b. iştirak edib.

Bu ilin iyununda Azərbaycan İspaniya XİN-ə Montserrat Caballé-nin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı nota vermişdi.

Caballé səfər ərəfəsində Azərbaycan tərəfinin xəbərdarlığını ancaq Yerevanda olacağı ilə cavablamış, ancaq sonra Xankəndi və Şuşaya getmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG