Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 16:22

Şimali Koreyanın ikinci ən nüfuzlu şəxsi edam olunub


Cənubi Koreya və ABŞ Şimali Koreya liderinin dayısının satqınlığa görə edam olunması xəbərindən narahatlıq bildiriblər. Şimali Koreyanın dövlət mediası xəbər verir ki, ölkə lideri Kim Jong Unun bibisinin əri, ölkənin ikinci ən nüfuzlu şəxsi olan Jang Song Thaek hərbi məhkəmə qarşısına çıxarılıb və ölümə məhkum edilib.

Bu həftə onu tutduğu bütün vəzifələrdən çıxartmışdılar. O, vəzifədən sui-istifadədə, qumarbazlıqda, narkotiklərdən istifadədə və qadın düşkünü olmaqda ittiham olunub.
ABŞ-ın Milli təhlükəsizlik Şurası bildirir ki, əgər edam xəbəri düzdürsə, onda bu, Şimali Koreyadakı ifrat qəddarlığı göstərir.

Cənubi Koreya Şimali Koreyadakı vəziyyətdən dərin narahat olduğunu və öz tərəfdaşları ilə məsləhətləşmələr apardığı bildirir.
XS
SM
MD
LG