Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 00:01

Sumqayıtdakı atışmaya görə daha iki nəfər həbs edilib


Sumqayıtda baş verən hadisədən

Sumqayıtda baş verən hadisədən

-
Sumqayıtda baş verən atışma ilə bağlı daha iki nəfər həbs edilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Xəvarici” təriqətinin üzvləri Elçin Mirzəyev və Tehruz Sultanov ötən gecə saxlanılıblar.

Hazırda silahlı insidentin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dekabrın 11-də Sumqayıtın 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ekstremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib. Şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.

Daha sonra “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb. Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalanıb.

Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib.

Xəsarət almış E. Məmmədli və E. Nəzərəliyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG